Əziz müəllimlər, aşağıdakı linki klikləməklə siz mənim fərdi iş təcrübəmdə istifadə etdiyim multimediyalı resurs və qurğuların istifadəsi ilə təlim prosesini aktivləşdirməyin və zənginləşdirməyin üsullarını izləməklə bərabər valideyinlərləəməkdaşlığın intensiv və sıxlaşdırılması , şagirdin davranışı haqqında məlumatların ötürülməsi üçün istifadə olunan resurslarla tanış olacaqsınız.
https://www.youtube.com/watch?v=FwATv2Extlo
IKT-nin mənim həyatımdakı rolu
(Müəllif Aytac Rzayeva)
https://www.youtube.com/watch?v=FwATv2Extlo
Multimedialı resurlardan istifadə etməklə tədrisin təşkili zamanı məqsəd şagirdlərin yenilikləri öyrənmək arzularını bir az da sürətləndirmək, valideyinlərin övladlarının təhsilinin necə inkişafı haqqında, dərsə davamiyyəti və davranışı haqqında tez-tez və daha asan üsulla əlaqə yaratmaqdır.
https://www.youtube.com/watch?v=FwATv2Extlo
IKT-nin mənim həyatımdakı rolu
(Müəllif Aytac Rzayeva)
https://www.youtube.com/watch?v=FwATv2Extlo
Multimedialı resurlardan istifadə etməklə tədrisin təşkili zamanı məqsəd şagirdlərin yenilikləri öyrənmək arzularını bir az da sürətləndirmək, valideyinlərin övladlarının təhsilinin necə inkişafı haqqında, dərsə davamiyyəti və davranışı haqqında tez-tez və daha asan üsulla əlaqə yaratmaqdır.
Gündən-günə modernləşən cəmiyyətdə
şagirdlərlə ayaqlaşa bimək üçün müəllimlərin İKT bacarıqlarının peşəkar səviyyədə
yüksəldilməsi gündəlik vərdişlərdən də asılı
olaraq reallaşacaq.
https://www.youtube.com/watch?v=H11LiuIhhgM
Müəllim və valideyin əlaqələrinin
təklif edəcəyimiz veb alətlər ( videogörüntü, elektron poçt vasitəsilə, digər
sosial şəbəkələr face , twitter vasitəsilə bağlantıların qurulması) yeni və
maraqlı ideya olmaqla bərabər həm müəllimin həm valideyinin işini
asanlaşdıracaq, fəal şagirdlərə nisbətən oxumağa az meyilli olan, ev tapşırıqlarını
etməyib bəhanələr gətirməyə çalışan şagirdlərin məsuliyyətsizliyi aradan qaldırılacaq.
Bu layihəni yazarkən hədəf kimi yaşı on üçdən çox olan yuxarı sinif şagirdəri nəzərdə tutmuşam. Biz müəllimlər uşaqların sosial şəbəkələrdə daha aktiv olduğunu bilirik, lakin onların bu
şəbəkələrdən səmərəli istifadə etmələri üçün, biz ( whatshapda, teleqram, liner və s.proqramlar vasitəsilə müəllim və şagirdlər ,
müəllim və valideyinlər qrupu yaradaraq ) əlaqələrin təşkili və inkişafı yolu ilə müsbət nəticələrin tez əldə olunmasına nail ola bilərik.
Təklif olunan, reallaşması nəzərdə tutulan layihə ilk növbədə
müəllimlərin iş prosesini asanlaşdırmaq
və müasirləşdirmək üçün nəzərdə tutulub.
Bir neçə ay öncə məni
maraqlandıran ( Sinif rəhbəri və fənn müəllimi
olaraq bütün valideyinlərlə əməkdaşlığa zaman ayıra bilirsinizmi? Siz əlaqələrinizi
hansı üsulla qurursunuz? ) sualları ilə işlədiyim
məktəbdə, bizə yaxın məktəblərdə və təlimdə
olduğum tədris ocaqlarında kiçik bir sorğu keçirdim. Müəllimlərin verdikləri cavablara əsaslanaraq
bu qənaətə gəldim ki, onları narahat edən probləmlərdən biri də məhz budur.
Valideyinlərin çoxu sonra işləyirəm, xəstəyəm,
evdə körpə uşaq var vaxtım olmur kimi açıqlamalar verərək sinif – valideyin
iclaslarına gəlmirlər, iclasdan sonra evə yorğun gedib istirahət etmək istəyən
müəllimə ardıcıl zənglər gəlir.Təbii
olaraq bu cür halların dəfələrlə təkrar olunması müəllimin
qıcıqlanmasına səbəb olur. Çünki hər bir insan uzun və gərgin keçən iş günündən
sonra istirahətə ehtiyac duyur. Üzə çıxardığımız metod bu cür narazılıqları aradan qaldıracaq.
Məsələn: Multimedialı alətlərdən
hər hansı birinin vasitəsilə valideyin iclası zamanı məhdud sayda insanların iclasda baş verənləri canlı izləməsi bağlantısı
qurulacaq.
Nəticədə müəllimin
saatlarla valideyinlərlə telefon danışıqlarına ehtiyac olmayacaq.
Valideyin işlədiyi müəssisədə
yaxud evdə çox rahat şəkildə iclası, sinif rəhbərinin, digər fənn müəllimlərinin
fikirlərini dinləyəcək, öz uşağını digər
şagirdlərin bilik səviyyəsi və davranış mədəniyyəti ilə müqayisə edəcək, onda
baş verən hər hansı dəyişikləri daha real görüb qarşısını alacaq və obyektiv
münasibət bildirəcək. Düşünürəm ki, bu müəllimlərin vaxtına qənatlə bərabər, dərsdən müxtəlif bəhanələrlə yayınan yuxarı sinif
şagirdlərinin dərsə cəlb olunmasına da zəmin yaradacaq.Müəllimlər bu yenilkləri öz pedoqoji təcrübələrində
sınaqdan keçirib daha yaradıcı ola bilərlər.
Hər bir müəllimin öz ideyalarını reallaşdırması üçün, onun daha kreativ düşüncəli, səriştəli olması üçün şərait yaradacaq bu təlim.
Fəal dərsin əsas gedişatından biri qiymətləndirmədir.
Çünki Blum taksonomiyasına görə dərketmənin üç əsas səviyyəsi ( təhlil, sintez,
qiymətləndirmə) –dir. Qiymətləndirməni meyarlara görə və qrupların təqdimatında
lövhədən asılma şəklində həyata keçirilməsi şagirdlərə təkrar və yorucu gəlir.
Bəzən səbirsizləşən şagirdlərin səs-küyü, yoldaçlarının işlərini izləməyə
maraqlı olmadığı halları ilə rastlaşırıq.Müəllimlərə XXI əsrin şagirdlərinin
maraqlarına uyğun bir neçə faydalı və interaktiv üsulla qiymətləndirmələr izah
olunacaq. Şagirdlərin tapşırıqları elektron poçtla (gmail) müəllimə göndərməsi.Müəllimin
şagirdin tapşırığına uyğun verdiyi qiymət ” Publisherdə “ hazırladığı hər hansı
bir sertifikat, təşəkkürnamə ola bilər. Hətta ev tapşırıqlarını icra edib müəllimə
evdən yollayan şagird növbəti günü gözləmədən müəllimindən aldığı nümunəvi bir
sertifikatı görsə (sualların tapılma faizinə görə) valideyiniini də sevindirəcək.
Mən bunu öz pedoqoji təcrübəmdə həyata keçirmişəm və valideyinlər, məktəb
direktoru tərəfindən rəğbətlə qarşılanmışam.Digər qiymətləndirmə ClasDoyo.com
veb alətində sinfin yaradılması və qiymətləndirilməsi olar.Həmçinin
learning.ups, proprofs, codeorq kimi veblərdə tədris olunan fənnə və mövzulara
uyğun alqoritmlər, məntiqi oyunlar , mini testlər etməklə dərsdə canlanma
yaradacaq , online sertifikatlar alacaq. Bu proses fərqli, yeni olduğuna görə
şagirdlərdə tədrisə, yenilikləri öyrənməyə
maraq yaradacaq, pedoqoqların İKT-dən səmərəli istifadə bacarıqlarını inkişaf
etdirəcəklər.
Multimediyalı
resurslardan istifadə üsulu ilə müəllim-şagird-valideyin əlaqələrinin
inkişafı təlimi “ valideyin və müəllim əməkdaşlığının
möhkəmləndirilməsi, tədris prosesində uşaqlarda baş verən yaxşı- pis dəyişiklərlə
bağlı vaideyinlərin daha tez və asan üsullarla məlumatlandırılması, fənn
kurikulumunun tətbiqi ilə texnologiyadan
istifadə bacarığının yüksəldilməsinin paralel inkişafı üçün nəzərdə tutulmuşdur.
İKT-nin sürətlə inkişafı sahəsində
baş verən bütün inqilablar kəşflər , yeniliklət öz
əksini tapır. Eyni zamanda tədris olunan fənnlərdə keçirilən mövzularla bağlı aid
multimedialı təqdimatlar, videoroliklər, iş təcrübələrin dərslərinin videoizahı
yerləşdirilmişdir. Metodika bölməsində metodik üsullarla yanaşı,
interaktiv təlimlə dərslərin təşkili metodikasının izahı verilir.
Axtarış saytlarından hamı istifadə etdiyinə görə istifadəçilər üçün vacib olan istiqamətlər göstərilmiş, həmçinin çətin həll
ediləcək tapşırıqların avtomatik həlli prosesini izah edən saytlar, Fizika dərsində
çox maraqlı resurs olan Algodo, Riyaziyyat- həndəsə dərslərində GeoGebra, ən çətin
icra edilən məsələ və düsturların hesablanmasını, nəticələrini göstərən
Wolframalpha axtarış saytları haqqında izahlar verilmiş, faydalı linklər saınmışdır.
XXI əsrdə kommunkiasiya texnologiyaları fasiləsiz olaraq kəşf olunan yeniliklərlə sürətlə
inkişaf etdiyinə görə, məktəblərdə tədris
prosesini daha effektli təşkili
prosesini multielektron resurslardan
istifadə edərək modern telekommunikasiyalar, veb alətlərinin vasitəsilə həyata keçirmək mümkündür.
Biz kommunikativ bir əsrdə
yaşayırıq. İnformasiyanın ötürlmə proseslərinin sürətlə inkişaf edib dəyişdiyini, yeniləndiyini
nəzərə alaraq , bu gün tədris etdiyimiz təhsilin
məzmunu və məzmunun təşkilinə olan tələb və yenilikləri həyata keçirən metodlardan istifadə edəcəyik .
Peşəkar öyrədən olaraq şagirdlərə sadəcə
informasiya verməklə kifayətlənə bilmərik .Təklif olunan metod uşaqlarda sərbəst
düşünmə, təhlil, tətbiq, sintez , özünüqiymətləndirmə bacarıqlarını yüksəldəcək,
tənqidi və yaradıcı düşünməyi, problemli
situasiyalarda necə davranmalı olacaqları qabilliyyətlərini və s. öyrədəcək. Təlim prosesində şagirdlərin idrak fəallığının yüksəldilməsinin
elmi metodik tətbiqi, tədris prosesində
multimediyalı resurslardan istifadəsi
ilə müvafiq texnologiyanın
hazırlanmasını tələb edir.
Tədris olunan əsas
mövzular. Uşaqları internetin zərərli tərəflərindən qorumaq, internetdə boş
vaxt itirməmələrinə xidmət edəcək.Bu gün müəllimlərin bir çoxunun Facebook, Twitter sosial şəbəkələrə mənfi
baxmamaları üçün, mövzularımız onlara bu şəbəkələrin bir çox müsbət, təlim
prosesinin inkişafına dəstək olacaq, yeni metodun faydalı xüsusiyyətlərini izah edən , tədris
zamanı icra edib əldə olunan uğurlara necə nail ola biləcəklərini
əhatə edəcək. Fəal təlimin əsas prinsipi
şagirdə yönəldilmiş təlim olmasıdır. Tədris prosesinin müasir təşkili ilə fəal
dərsdə şagird aktivliyini artıracaq,
uşaqların idrakını inkişaf etdirəcək. Təlim prosesində müəllimin hər hansı bir
yeniliyinin , pedoqoji təcrübəsinin yaymlanması üçün istifadə olunan
multimediyalı resurslardan (skyp,sosial şəbəkə vasitəsilə qrup şəklində videogörüntülü başlantılar)dan bəhs olunacaq.
Bu prosesin yaradılması ətraflı izah olunmaqla bərabər əyani
formada nümayiş etdiriləcək. İnnovatik müəllimin valideyinlərlə yaradacağı əlaqənin daha müasir, vaxta qənaət edən, obyektivliyi
təmin edən proqram və əlaqə formaları öyrədiləcək. Sinif təşkilati saatlarının
təşkili üçün , məktəbin ictimai tədbirlərində fəal iştirak etmək üçün şagird və
valideyinləri cəlb etmək , muzeylərə, tarixi məkanlara, mədəniyyət və incəsənət
günlərinin təşkilinə dəstək olan valideyinlərlə müasir, sadə və sürətli əlaqə
yaratmağın mexanizmi izah olunacaq.Whatshap, Liner, Teleqram kimi proqramlarla əlaqələrin
üstünlükləri, şagirdlərlə elektron poçt vasitəsilə dərs mübadiləsi aparmağın ,
ev tapşırıqlarının müəllimə çatdırılması, müəllimlərin suallarının onlara
ünvanlanması prosesi müasir metod kimi təbliğ olunacaq. Dərsdən sonrakı fəalliyyətə
distant təlimlərin effektiv üstünlükləri mövzularından bəhs olunacaq. Tədris prosesində beynəlxalq aləmə
çıxış etmək üçün , şagirdləri beynəlxalq olimpiadalara həvəsləndirmək , distant
vebinarların əhəmiyyətini , sinif şəklində olimpadaya qoşulub uğur qazanmaq uşaqların dünyagörüşlərini yüksəldəcək , sərbəst düşünüb nəticə çıxartma qabiliyyətlərini
inkişaf etdirəcək.
Layihəmdə yeni
qiymətləndirmə metodlarının yaradılması , online veb alətlərindən qiymətləndirmədə
istifadəsi üsulları öyrədiləcək. Şagirdləri yenilikləri öyrənməyə cəlb edən ,
onların tədrisə marağını artıran proseslərdən biri qiymətləndirmə üsuludur.Maraqlı
qiymətləndirmə metodları ilə bərabər Sosial Servislərin təlimdə rolu, veb – 2
alətlərinin ətraflı, sadə üsullarla izahı olacaq.Multimediyalı
resurslardan istifadə edərək və yeni texnologiya metodları ilə tədrisin müasir
formada, verilən tələblərə uyğun təşkilinə
start veriləcək.Tədris prosesini canlı bağlantı ilə izləyən valideyin övladının
dərs prosindəki aktivliyinin, davranışının şahidi olacaq. Bundan sonra müəllim
valideyinə dərsdən sonra uzun-uzadı hesabat vermək məcburiyyətində qalmayacaq .
Dəcəl uşaqların valideyinlərinin tez-tez məcburi məktəbə gəlmələrinə ehtiyac
duyulmayacaq. Zəruri olduqda şagirdin lazımsız, şit davranışının, dərsdə
yuxulamasının və s. halların qarşısı alınacaq.whatshap vasitəsilə valideyinlər
qrupuna şəkil, kiçik videorolik göndərməklə bu problemin daha tez çözülməsinə
nail olacaqlar.Uşaqlar internetdə lazımsız itirdikləri vaxtlarını facedə müəllimin yaratdığı qrupda təyin
olunan adminlərin çətin mövzularla bağlı qoyduqları hər hansı problemin həllinə
sərf edəcəklər.Bu qrupa digər fən müəllimləri və aktiv bir neçə valideyin cəlb
olunacaq.Qrupda şagirdləri beynəlxalq
olimpiadalara istiqamətləndirən məsələlər , Geogebra.com və Wolframalpha.com kimi saytlardan ən çətin
həll olunan düsturlar , həndəsi fiqurların sahələrinin və perimetrlərinin bucaqlara görə
avtomatik hesablanması ilə bağlı
videolar izləyə biləcəklər. Bütün bunlar tədris prosesinin effektliyini öyrədən-öyrənənlərin vəhdətli sistem şəklində inkişaf etdirəcək.
Layihənin hazırlanmasından əsas gözlədiklərim:
– multimediya resursları
anlayışları sistemi və öyrədilməsi;
– orta məktəblərdə müəllim və şagirdlərin
texnoloji alətlərdən istifadə bacarıq və
vərdişlərin formalaşdırılması;
– tədris prosesində müəllim-valideyin
əməkdaşlığının rolu;
– konstruktiv və interaktiv təlimin mahiyyəti və iş prinsipi;
– İKT-dən itsifadənin tədrisdəki perspektivləri;
– ən yeni təlim
texnologiyalarının təhsil sisteminə inteqrasiyası və s. məsələlərin təhsil
müəssisələrində həyata keçirilməsidir
Multimedialı resurlardan istifadə etməklə tədrisin təşkili zamanı məqsəd şagirdlərin yenilikləri öyrənmək arzularını bir az da sürətləndirmək, valideyinlərin övladlarının təhsilinin necə inkişafı haqqında, dərsə davamiyyəti və davranışı haqqında tez-tez və daha asan üsulla əlaqə yaratmaqdır.
Gündən-günə modernləşən cəmiyyətdə şagirdlərlə ayaqlaşa bimək üçün müəllimlərin İKT bacarıqlarının peşəkar səviyyədə yüksəldilməsi gündəlik vərdişlərdən də asılı olaraq reallaşacaq.
Müəllim və valideyin əlaqələrinin təklif edəcəyimiz veb alətlər ( videogörüntü, elektron poçt vasitəsilə, digər sosial şəbəkələr face , twitter vasitəsilə bağlantıların qurulması) yeni və maraqlı ideya olmaqla bərabər həm müəllimin həm valideyinin işini asanlaşdıracaq, fəal şagirdlərə nisbətən oxumağa az meyilli olan, ev tapşırıqlarını etməyib bəhanələr gətirməyə çalışan şagirdlərin məsuliyyətsizliyi aradan qaldırılacaq.
Siz bu haqqda nələri düşünürsünüz ?
Комментариев нет:
Отправить комментарий