Multimedia resurslarından təhsildə istifadə qaydaları
Multimedialı resurlardan
istifadə etməklə tədrisin təşkili zamanı məqsəd şagirdlərin yenilikləri öyrənmək
arzularını bir az da sürətləndirmək, valideyinlərin övladlarının təhsilinin necə
inkişafı haqqında, dərsə davamiyyəti və davranışı haqqında tez-tez və daha asan üsulla əlaqə yaratmaqdır.
Gündən-günə modernləşən cəmiyyətdə
şagirdlərlə ayaqlaşa bimək üçün müəllimlərin İKT bacarıqlarının peşəkar səviyyədə
yüksəldilməsi gündəlik vərdişlərdən də asılı
olaraq reallaşacaq.
Müəllim və valideyin əlaqələrinin
təklif edəcəyimiz veb alətlər ( videogörüntü, elektron poçt vasitəsilə, digər
sosial şəbəkələr face , twitter vasitəsilə bağlantıların qurulması) yeni və
maraqlı ideya olmaqla bərabər həm müəllimin həm valideyinin işini
asanlaşdıracaq, fəal şagirdlərə nisbətən oxumağa az meyilli olan, ev tapşırıqlarını
etməyib bəhanələr gətirməyə çalışan şagirdlərin məsuliyyətsizliyi aradan qaldırılacaq.
Mənim təcrübəm yaşı on üçdən çox
olan yuxarı sinif şagirdəri üçün nəzərdə
tutulub. Gənclərin sosial şəbəkələrdə daha aktiv olduğunu bilirik, lakin onların bu
şəbəkələrdən səmərəli istifadə etmələri üçün, müəllimlər ( whatshapda müəllim və şagirdlər ,
müəllim və valideyinlər qrupu yaratmaq) və s. multimedialı alətlərdən istifadə
edərək əlaqələrin təşkili və inkişafı yolu ilə müsbət nəticələrin tez əldə
olunması nəzərdə tutulur.
Комментариев нет:
Отправить комментарий